Bakı Dövlət Universiteti ən yaxşı universitetlər sırasında

Bakı Dövlət Universiteti ən yaxşı universitetlər sırasında

Bakı Dövlət Universiteti dünyanın 700 universiteti içərisində yaxşı yerlərdən birini tutub. Bu barədə SİA-ya açıqlamasında universitetin rektoru Abel Məhərrəmov məlumat verib. O bildirib ki, hələlik bu siyahı tam olaraq ictimaiyyətə açıqlanmayıb.

"Amma artıq araşdırmanı aparan agentlik bizə zəng vuraraq təbrik edib ki, bu siyahıda müəyyən yerə layiq görülmüşük. Azərbaycanın bütün sahələri inkişaf etdiyi kimi elm və təhsil səhəsi də inkişaf etdirilməlidir. XI əsrdə o dövlət inkişaf etmiş hesab olunur ki, orada elmin və təhsilin səviyyəsi yüksək olsun. Ona görə də istərdim ki, Azərbaycan elm və təhsili dünyada özümüzü təsdiq etsin", - deyə o əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə