Bu gün Bakı Turizm peşə liseyində Bilik günü və yeni dərs ilinin başlanması münasibətilə Təhsil konfransı keçirilib. Konfransda Binəqədi rayon icra hakimi Xaləddin İsgəndərov, millət vəkilləri Rafael Cəbrayılov, Eldar İbrahimov, Madər Musayev, müəllim və şagird kollektivi və media nümayəndələri iştirak edib.
Xaləddin İsgəndərov tədbiri giriş sözü ilə açaraq Bilik günü və yeni dərs ilinin başlanması münasibətilə tədbir iştirakçılarını təbrik edib. Daha sonra Azərbaycan Respublikasının himni səslənib. Konfransda qeyd olunub ki, 2011-2012-ci tədris ilində Binəqədi rayonunda 32 orta ümumtəhsil məktəblərini 2529 şagird bitirib. 2247 nəfər ali məktəblərə qəbul üçün sənəd verib. Bunlardan 1184 nəfər (52,69%) ali məktəblərə qəbul olunub. 216 nəfər 500-dən yuxarı, 62 nəfər 600-dən çox bal toplayıb. 16 nəfər isə 650-dən yuxarı nəticə göstərib. 71 məzun imtahan verərək dünyanın İngiltərə, Almaniya, Kipr, Türkiyə, Koreya kimi dövlətlərində nüfuzlu universitetlərinə daxil olub.
Həmçinin bildirildi ki, Qələndər Aslanov, Oksana Səfərova, Fəridə Cəfərova və Səadət Həmidova "Ən yaxşı müəllim" müsabiqəsində müvəffəqiyyət qazanaraq 5000 manat məbləğində pul mükafatı ilə təltif olunublar.
Millət vəkili Eldar İbrahimov ölkədə təhsilə verilən qiymətdən danışıb: "Bu gün Azərbaycanda Avropa standartlarına uyğun məktəblər tikilir və təmir olunur. Təhsilimizə ölkə başçısı tərəfindən xüsusi qayğı göstərilir. Siz tələbələrdən də bu qayğını qiymətləndirmək, qəbulda yüksən nəticə əldə etmək tələb olunur. Həmçinin müəllimlərdən də öz peşələrini yetərincə məsuliyyətliə icra etməlidirlər".
Sonda qəbulda yüksək nəticə əldə edən tələbələrə və "Ən yaxşı müəllim" müsabiqəsinin qaliblərinə diplomlar və hədiyyələr təqdim olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB