Tələbələrə növbəti xəbərdalıq

Tələbələrə növbəti xəbərdalıq

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) rezidenturaya qəbul imtahanları nəticəsində ixtisas seçiminə buraxılmış namizədlərə xəbərdalıq edib. SİA-nın xəbərinə görə, burada qeyd olunur ki, rezidenturaya qəbul imtahanları nəticəsində ixtisas seçiminə buraxılmış namizədlərin ixtisas seçimi sentyabrın 14-də saat 9:00-da başa çatır.

Həmin vaxta qədər ixtisas seçiminə buraxılmış bütün namizədlər ixtisas seçimi etməli və "Namizədin elektron ərizəsi"ni təsdiqləməlidirlər. Ərizələrini təsdiqləməyən namizədlər müsabiqədə iştirak etmək hüququnu itirirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə