TQDK müraciət etdi

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) ümumi orta orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olanlara müraciət edib. TQDK-dan SİA-ya verilən xəbərə görə, müraciətdə qeyd olunur ki, ümumi orta təhsil bazasında (9 illik) orta ixtisas təhsili müəssisələrinə qəbul olanların qeydiyyat müddəti sentyabr ayının 14-ü saat 17:00-da başa çatır.

Qəbul olanlar həmin müddətə qədər tələb olunan sənədləri təqdim etməklə qəbul olduqları təhsil müəssisəsində qeydiyyatdan keçməlidirlər. Göstərilən müddətədək qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilməkdən imtina etməsi kimi qiymətləndiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə