"Bugünki reallıq ondan ibarətdir ki, gənclər humanitar elmlərə daha çox maraq göstərirlər. Əgər bugün humanitar elmlərlə fundamental-təbiət elmlərinin müqayisəsini aparsaq görərik ki, ali məktəblərə qəbul imtahanlarında yüksək bal toplayan gənclər humanitar sahələrə daha çox maraq göstərirlər". Bunu SİA-ya açıqlamasında Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov deyib. O bildirib ki, son 10 ildə iki sahə arasındakı bu nisbət müsbətə doğru artıb.
A.Məhərrəmovun sözlərinə görə, hətta bu il Bakı Dövlət Universitetinin "Dünya iqtisadiyyatı" fakultəsində ən aşağı bal 600, "Kibernetika və tətbiqi riyaziyyat" fakultəsində isə 530 bal olub: "Amma əvvəllər bu ixtisaslara az balla daxil olurdular. Yəni birdən-birə radikal və inqilabi dəyişiklik olmasa da artan dinamika bizi sevindirir. Gənclərin artıq təbiət və fundamental elmlərə marağı artır. Arzu edərdim ki, kənd təsərrüfatı sahəsinə də maraqlar artsın. Müsbət dinamikanın o sahədə yayılmasında dövlətin diqqət və qayğısının, hazırlanan strateji sənədlərin müəyyən təsiri olacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB