Bu gün Azərbaycanda "Elektron məktəb" layihəsinə qoşulan tədris müəssisələrinin sayı 39-a çatır. Təhsil Nazirliyindən SİA-ya verilən xəbərə görə, ilin sonunadək bu rəqəmin 50-dək çatdırılması nəzərdə tutulub.
Bu ildən isə təhsil sistemində daha bir yenilik ediləcək. Belə ki, "Elektron gündəlik" (е-gündəlik) layihəsi çərçivəsində valideynlərə şagirdlərin müvəffəqiyyət dərəcəsi barədə SMS xəbərdarlığı "Elektron məktəb" (e-school) layihəsinə qoşulan bütün məktəblərdə tətbiq ediləcək. Azərbaycanın sistemli inteqrator funksiyasını icra edən İT şirkəti "Ultra" sistemin texniki cəhətdən qurulmasının həvalə olunduğu struktur qismində seçilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB