İdman məktəblərinin yetirmələri açıqlandı?

İdman məktəblərinin yetirmələri açıqlandı?

Təhsil Nazirliyinin tabeliyində olan idman məktəblərinin yetirmələri 2011-2012-ci dərs ilində respublika birincilik və çempionatlarında 315 qızıl, 235 gümüş, 1121 bürünc olmaqla, ümumilikdə 1671 medal qazanıblar. Nazirlikdən SİA-ya verilən xəbərə görə, idman məktəblərinin yetirmələri milli yığma komandaların tərkibində Avropa, dünya birinciliklərində və beynəlxalq turnirlərdə 62 qızıl, 47 gümüş, 92 bürünc medal əldə ediblər. Ölkə üzrə fəaliyyət göstərən 375 məktəbdənkənar təhsil müəssisəsində maraq və qabiliyyətlərinə uyğun olaraq 226537 şagird müxtəlif dərnəklərə cəlb olunub.

2012-ci ilin yanvarından hər şəhər və rayonda bir ümumi təhsil məktəbində şahmat fənninin tədrisinə başlanılıb. 2012-2013-cü dərs ilində 379 məktəbin II sinfində, 75 məktəbin III sinfində şahmat fənni tədris ediləcək. Bununla əlaqədar müvafiq proqram, dərs vəsaiti, o cümlədən elektron tədris resursları hazırlanıb məktəblərə çatdırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə