Təhsil Nazirliyinin müəssisələrinə doktoranturaya qəbul planı təsdiqlənib

Təhsil Nazirliyinin müəssisələrinə doktoranturaya qəbul planı təsdiqlənib

Azərbaycan Nazirlər Kabineti Təhsil Nazirliyinin (TN) sisteminə daxil olan ali məktəblər və onların nəzdində fəaliyyət göstərən elmi tədqiqat müəssisələrinə doktoranturaya qəbul planını təsdiqləyib. SİA-nın xəbərinə görə, fəlsəfə doktoru proqramı üzrə doktoranturaya qəbul üçün büdcə hesabına 325, ödənişli əsaslarla 77 yer ayrılıb. Fəlsəfə doktoru proqramı üzrə dissertanturada büdcə hesabına təhsil almaq üçün 288, ödənişli əsaslarla təhsil üçün isə 89 yer müəyyənləşib.

Elmlər doktoru proqramı üzrə doktoranturaya qəbul üçün büdcə hesabına 82, ödənişli əsaslarla 3 yer ayrılıb. Elmlər doktoru proqramı üzrə dissertantların təhkim olunması planında 80 yer büdcə hesabına, 9 yer ödənişli olacaq. Sənəd qəbuluna sentyabrın 17-dən başlanacaq. Sənəd qəbulu oktyabrın 16-dək davam edəcək. Qəbul planı yaxın günlərdə ali məktəblərə göndəriləcək.

Təhsil haqqı hökumət tərəfindən təsdiqlənməyib. Təhsil haqqı qəbul olunanla qəbul edən tərəf arasında imzalanmış müqavilə ilə tənzimlənməlidir.

Bütün xəbərlər Facebook səhifəmizdə