Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, millət vəkili, professor Səməd Seyidov Koreya Respublikasının Azərbaycana yeni təyin olumnmuş fövqəladə və səlahiyyətli səfiri Ço Suk-İnnlə görüşüb. SİA-nın xəbərinə görə, Səməd Seyidov iki ölkə, həmçinin ADU arasındakı münasibətlərin tarixi köklərə malik olduğunun bildirib. O, Koreyanın ölkəmizdəki səfirliyi ilə qarşılıqlı əməkdaşlıq edildiyini və birgə tədbirlərin həyata keçirildiyini vurğulayıb. Koreya ilə əlaqələrə xüsusi əhəmiyyət verildiyini deyən S.Seyidov ADU-da 40-dək tələbənin Koreya dili ixtisasında təhsil aldığını qonağın nəzərinə çatdırıb. Rektor rəhbərlik etdiyi ali təhsil ocağında 14 əcnəbi dilin, o cümlədən yəhudi, ərəb, yapon, Çin, malay dillərinin də tədris olunduğunu qeyd edib.
Koreyanın Azərbaycana yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Ço Suk-İnn səmimi qəbula görə S. Seyidova təşəkkür edib. Səfir Ço Suk-İnn diplomatik fəaliyyəti dövründə ölkələr arasında əlaqələrin inkişafı istiqamətində əlindən gələni əsirgəməyəcəyini diqqətə çatdırıb. O, ADU-da Koreya mərkəzinin mövcudluğundan və dilinin tədrisindən məmnun qaldığını bildirib. Görüşdə qarşılıqlı əməkdaşlığın gələcək perspektivləri, yeni layihələrin həyata keçirilməsi, əlaqələrin genişləndirilməsi və tələbə-müəllim mübadiləsi ətrafında fikir mübadiləsi də aparılıb.
Xatırladaq ki, ADU-da Koreya dili 1994-cü ildən tədris olunur. ADU-da Koreya dili kafedrası fəaliyyət göstərir və kafedrada koreyalı müəllimlər çalışır. Qeyd edək ki, bu günlərdə ADU-nun 2 tələbəsi Koreyadan 1 illik kurslardan qayıdıb. Universitetin daha 4 tələbəsi isə bu ay Koreyaya gedəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB