Rezidentlərin əmək haqları nə qədər olacaq?

Rezidentlərin əmək haqları nə qədər olacaq?

Azərbaycanda rezidentura səviyyəsi üzrə təhsil alanların əmək haqlarının nə qədər olacağı açıqlanıb. SİA-nın xəbərinə görə, millət vəkili, Azərbaycan Tibb Universitetinin rektoru Əhliman Əmiraslanov rezidenturaya ixtisas seçiminə buraxılan namizədlərlə görüşündə rezidentlərlə həkimlərin əmək haqlarının bərabər olacağını deyib.

Onun sözlərinə görə, həkimlərin əmək haqları artıqca rezidentlərin əmək haqları yüksələcək: "Artıq bununla bağlı müvafiq qurumlarla razılığa gəlinib. Millət vəkili olaraq, bu məsələ ilə bağlı dəfələrlə çıxış etmişəm".

Bütün xəbərlər Facebook səhifəmizdə