Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) Azərbaycanda 9 illik təhsil bazası üzrə sentyabrın 9-da payız imtahanında iştirak etməyən rayonların adlarını açıqlayıb. SİA-nın xəbərinə görə, TQDK-nın mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə jurnalistlərə açıqlamasında deyib ki, bu siyahıda liderliyi Biləsuvar (45,92 faiz), Yardımlı (39,91 faiz), Salyan (39,82 faiz), Saatlı (38,77 faiz), Sabirabad (38,6 faiz), Cəlilabad (30,25 faiz), Bakı şəhərinin Sabunçu rayonu (34,89 faiz), Şəmkir (27,39 faiz), Qəbələ (25,17 faiz), Bakı şəhərinin Qaradağ rayonu (24,74 faiz) tutur.
Komissiyanın sözçüsü vurğulayıb ki, 9 illik təhsil bazası üzrə sentyabrın 9-da payız imtahanı verən şagirdlərin 15903 nəfəri, yəni 72 faizi müsbət qiymət ala bilib. Onun sözlərinə görə, imtahanda 28483 şagirdin iştirak etməsi gözlənilsə də, onların 6404 nəfəri imtahanda iştiark etməyib. İmtahanda iştirak edən 22077 şagirdin 11 nəfəri imtahandan xaric edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB