Minimal tələblər açıqlandı

Bu gündən etibarən 2012-2013-cü tədris ili üçün rezidenturaya ixtisas seçimi başlayıb. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından SİA-ya verilən xəbərə görə, ixtisas seçimi internet vasitəsilə 11 sentyabr saat 9:00-dan 14 sentyabr 2012-ci il saat 9:00-dək aparılacaq. Namizədlərdən ümumilikdə 835 nəfəri ixtisas seçimində iştirak etmək hüququ qazanıb.

İmtahanın nəticələri ilə bağlı müraciətlərə TQDK tərəfindən yaradılmış apelyasiya komissiyasında sentyabrın 10-12-dək (saat 10:00-dan 17:00-dək) baxılacaq.

İstiqamətlər üzrə ixtisasların seçimində iştirak etmək üçün qoyulan minimal tələblər (müsabiqə şərtləri) aşağıdakı kimidir:

Müalicə işi, pediatriya istiqamətinə aid olan ixtisaslar üçün- baza fənləri üzrə 40 bal, ixtisas fənləri üzrə 50 bal;

Stomatologiya istiqamətinə aid olan ixtisaslar üçün - baza fənləri üzrə 40 bal, ixtisas fənləri üzrə 50 bal;

Tibbi biologiya istiqamətinə aid olan ixtisaslar üçün - baza fənləri üzrə 30 bal, ixtisas fənləri üzrə 40 bal;

Tibbi profilaktika istiqamətinə aid olan ixtisaslar üçün - baza fənləri üzrə 30 bal, ixtisas fənləri üzrə 40 bal.

Bütün xəbərlər Facebook səhifəmizdə