Payız imtahanının nəticələri açıqlandı

Payız imtahanının nəticələri açıqlandı

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ümumi təhsil bazasında (9 illik) sentyabrın 9-da keçirilmiş payız imtahanının nəticələrini açıqlayıb. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, nəticələr komissiyanın rəsmi internet saytında yerləşdirilib. Şagirdlər 7727 nömrəsinə SMS gondərməklə də öz nəticələrini öyrənə bilərlər.

Qeyd edək ki, payız imtahanında 28469 şagird iştirak edib. Respublikanın 55 şəhər və rayonunda keçirilən payız imtahanında iyun ayında keçirilmiş buraxılış imtahanlarında iştirak edə bilməyənlər və ya iki fəndən müvəffəq qiymət ala bilməyən 9-cu sinif şagirdləri iştirak edib.

Bütün xəbərlər Facebook səhifəmizdə