"Azadlıqdan Məhrumetmə Yerlərinin Müşahidəsi" İctimai Birliyi Avropa Şurası, Avropa Gənclər Fondunun dəstəyi ilə "Gənc məhkumlara insan hüquqları sahəsində təhsil almaq imkanlarının yaradılması" layihəsinin icrasına başlayıb. SİA-nın xəbərinə görə, 2010-cu ilin may ayında Avropa Şurasının tövsiyyə xarakterli Xartiyası qəbul edilib. "Demokratik Vətəndaşlığın Aşılanması və İnsan Hüquqları Sahəsində Təhsil" adlanan bu xartiyanın əsas tövsiyyəsi üzv dövlətin ərazisindəki hər bir insana demokratik vətəndaşlığın aşılanması və insan hüquqları sahəsində təhsil almaq imkanı yaradılmasıdır.
Ölkədə konstitusion hüquq olan təhsil almaq hüququ hər bir vətəndaş, eləcə də müəyyən müddətə azadlıqdan məhrum edilmiş şəxslər üçün təmin edilir. Azərbaycan Republikasının Cəzaların İcrası Məcəlləsinin 10.2.10 -cı məhkumların təhsil almaq hüquqları və 104-cü maddəsində onların ümumi təhsili təsbit edilib, 2004-cü ilin mart ayında təhsil və ədliyyə nazirliklərinin təsdiqi ilə qüvvəyə minmiş "Müəyyən müddətə azadlıqdan məhrumetmə növündə cəzaya məhkum olunmuş şəxslərin ümumi təhsilinin həyata keçirilməsi Qaydası" na əsasən isə Cəzaçəkmə Müəssisələrində orta ümumtəhsil məktəbləri yaradılıb.
"Azadlıqdan Məhrumetmə Yerlərinin Müşahidəsi" İctimai Birliyi olaraq ölkəmizdə müəyyən müddətə azadlıqdan məhrum edilmiş şəxslərin Avropa Şurası Xartiyasının tövsiyyəsinə uyğun olaraq insan hüquqları sahəsində maarifləndirilməsinə cəzaçəkmə müəssisələrindəki orta ümumtəhsil məktəblərində çalışan müəllimlərin bu sahədə təlimatlandırlması ilə başlayacayıq. Azərbaycan Respublikası Təhsil Nazirliyinin təşkilati dəstəyilə bu müəllimlərə 3 günlük təlim kursu təşkil ediləcəkdir ki, gələcəkdə onlar aldıqları bu informasiyaları geniş məhkum auditoriyalarında paylaşsınlar. Layihə çərçivəsində görüləcək çoxsaylı işlər sırasında yuxarıda adı çəkilən xartiyanın Azərbaycan dilinə tərcümə edilərək çoxaldılması, məhkumlar üçün seminarların təşkili, habelə yekun konfransın keçirilməsi də vardır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB