"Bölgələrdə yerləşən orta məktəblərdə müəllim çatışmazlığı problemini həll etmək üçün 10 ilə yaxındır, xüsusi dövlət proqramı həyata keçirilir". SİA-nın məlumatına görə, bu sözləri təhsil naziri Misir Mərdanov jurnalistlərə açıqlaması zamanı deyi.
Onun sözlərinə görə, proqramın həyata keçirilməsi nəticəsində bu problem demək olar ki, həll olunub: "Ancaq bu istiqamətdə iş aparmaqla problemi həll etmək olmaz. Təhsil sistemində mütləq rasionallaşdırma tədbirləri aparılmalıdır. Mən bu yaxınlarda Qusar və İsmayıllıda konfransda iştirak etdim. Bəlli oldu ki, həmin rayonlarda, eləcə də digər ucqar rayonlarda 9 şagirdi olan 9 illik orta məktəblər var. Belə məktəblərin sayı çoxdur. Belə şəraitdə əlbəttə ki, müəllim təminatı problemi heç vaxt həll olunmayacaq. Rasionallaşdırma məsələsi ilə ciddi məşğul olmaq lazımdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB