Tələbə Qəbulu üzrə Dövlət Komissiyası Azərbaycanda orta məktəb dərsliklərinin monitorinqinə sentyabrın 15-dən etibarən başlayacaq. SİA-nın xəbərinə görə, TQDK sədri Məleykə Abbaszadə bugün keçirdiyi mətbuat konfransında deyib ki, bu işi aparmaq üçün artıq TQDK-da əlaqədar şöbə formalaşıb, bu şöbəyə işçilərin qəbulu üçün müsabiqə elan edilib. Yaxın günlərdə şöbəyə müdirin təyin olunacağını deyən TQDK sədri qeyd edib ki, şöbəyə işçilərin qəbulu üçün imtahan keçirilənə qədər mütəxəssislər müqavilə əsasında işə cəlb olunacaqlar.
"Artıq biz məktublarla müraciət edərək bu il buraxılan bütün dərsliklərin TQDK-ya təhvil verilməsini xahiş etmişik. Onların üzərində ekspertlər işə başlayacaqlar. Yeni dərs ili başlayan kimi bu şöbənin də fəaliyyəti başlayacaq. Elə o zamandan da dərsliklərin monitorinqinə start veriləcək",- deyə M.Abbaszadə əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB