2012-2013-cü təsdris ili üçün ali məktəblərə bakalavr səviyyəsi üzrə qəbul olan abituriyentləırin coxu əyani, magistratura səviyyəsi üzrə qiyabi təhsil formasını seçiblər. SİA-nın xəbərinə görə, bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyuasının sədri Məleykə Abbaszadə cümə günü keçirdiyi mətbuat konfransında deyib.
Onun sözlərinə görə, bu ildən əyani və qiyabi təhsil formasını tələbələr ali məktəblərdə öz arzuları ilə seçiblər. Bu isə bəzi ali məktəblərdə problemlər yaradıb. M.Abbaszadə deyib ki, Bakı Dövlət Universitetinə bakalavr sıviyyəsi üzrə qəbul olunanların sayı 3000 nəfərdən cox olsa da, onların yalnız 90-ı qiyabi təhsil formasını seçib. TQDK sədrinin sözlərinə görə, təhsil formasının ali məktəblərdə tələbələrin istəyi nilə seçilmsi uniersitetlərlə razılaşdırılıb.
"Buna görə də universitet özü təhsil formaları üzrə təhsili təşkil etməlidir. Əgər təşkil edə bilmirsə, onda qəbul planını təqdim etdikdə deməlidir ki, bu yerlər yalnız ödənişlidir",- TQDK sədri əlavə edib.
O bildirib ki, əgər ali məktəblər həqiqətən də Boloniya prosesinə keçibsə, onda bu problemləri özləri həll edə biləcəklər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB