Əlifbamızın 7-ci hərfi olan "ə"nin başı son günlər yaman cəncələ düşüb. "Ə"nin uğursuz bir hərif olduğu, dəyişdirilərək "a" üstündə iki nöqtə şəklində əlifbaya salınması fikirləri təklif olunur. Təklifin müəllifi isə AMEA-nın prezidenti Mahmud Kərimovdur. O, əlifbanın tamamilə dəyişdirilməsinin tərəfdarı olmadığını deyərək yalnız "ə" hərfinin uğursuz yazılışını bildirir. Mahmud Kərimovun fikrincə, bu hərif yazı zamanı, xüsusilə də kompyüter işçilərinin istifadəsində əlverişli deyil.
Paytaxt sakinləri isə əksinə "ə" hərfinin "a" üzərində nöqtələrlə yazılmasının çətinlik yaradacağını deyir. Üstəlik buna öyrəşmək də vaxt tələb edəcək.
Yeni təkliflə razılaşmayan dilçi-aim Firudin Cəlilov isə hazırda istifadə etdiyimiz əlifbanın ümumtürk əlifbası olduğunu bildirir. İstanbulda keçirilən toplantıda 34 hərfdən ibarət ortaq türk əlifbası yaradıldığını, bu hərflərin də oradan götürüldüyünü xatırladan dilçi əvvəlcə "ə" hərfinin məhz "a" üstündə iki nöqtə şəklində yazıldığını, lakin sonradan bunun narazılığa səbəb olması üzündən indiki "ə" hərfinin qəbul edildiyini vurğulayıb: "Hər halda artıq uzun illərdir "ə" hərfini indiki kimi yazmağa adət etmişik. Onun yazılışının dəyişdirilməsinin əlifbamıza, eləcə də vətəndaşlara nə kimi xeyri olub-olmayacağını isə yəqin ki, dilçi mütəxəssislər araşdıracaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB