Göygöldə təhsil işçilərinin konfransı keçirilib. SİA-nın bölgə müxbirinin verdiyi xəbərə görə, ilk olaraq Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət edilib və abidə önünə gül dəstələri düzülüb. Tədbirdə Təhsil Nazirliyinin rəsmiləri, rayon İcra Hakimiyyəti Aparatının nümayəndə heyəti və bir sıra şəxslər iştirak edib. Rayon Təhsil Şöbəsinin rəisi Elburus Atayev 2011-2012-ci tədris ilində əldə edilən nailiyyətlərə və yeni tədris ilində qarşıda duran işlərə dair məruzə ilə çıxış edib. Tədbirdə həmçinin bildirilib ki, respublikanın hər yerində olduğu kimi Göygöl rayonunda da tədris sahəsinin inkişafı ilə bağlı lazımi addımlar atılıb. Bu il 4 yeni tədris ocağı sıfırdan tikilərək istifadəyə verilib. Digər orta məktəblərdə isə təmir işləri aparılıb. Müzakirələr sırasına yeni metodların qəbulu və müəllimlərin müasir təhsil sisteminə hazırlıq səviyyələri diqqətdə saxlanılıb.
Qeyd edək ki, 2011-2012-ci tədris ili Göygöl rayonunda ötən illərlə müqayisədə uğurlu nəticələrlə yadda qalıb. Ali məktəblərə sənəd verən 300 dən artıq şagirdin 150 dən çoxu tələbə adı qazanıb.
Qeyd edək ki, bu tələbələr sırasında 600-dən və 500-dən yuxarı bal toplayanlar çoxluq təşkil edir.
İlham Məmmədov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB