Xətai Rayon İcra Hakimiyyətində rayonun orta təhsil məktəblərini bitirərək 2012-ci ildə respublikanın ali təhsil ocaqlarına yüksək balla qəbul olmuş tələbələr ilə görüş keçirilib. SİA-nın xəbərinə görə, görüşdən əvvəl Xətai Rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov başda olmaqla orta ümumtəhsil məktəblərinin rəhbərləri və bu il tələbə adı alan gənclər ümummilli lider Heydər Əliyevin adını daşıyan parkda ulu öndərin abidəsini ziyarət edib və önünə gül-çiçək dəstələri qoyublar.
Akt zalında davam edən görüşü Rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov açaraq bildirib ki, ötən il təhsildə qazanılan uğurlar növbəti - 2012-2013-ci tədris ilinin başlanğıcı ərəfəsində bizi daha böyük əzmlə işə başlamağa səfərbər edir. Ölkə prezidenti İlham Əliyev tərəfindən təhsilin strateji sahə elan olunduğunu diqqətə çatdıran R.Məmmədov Xətai rayon təhsil işçilərinin bu mənada qarşıya qoyulan vəzifə və tapşırıqlara uğurla əməl etdiyini bildirib.
Tələbələrlə görüş 600-dən yuxarı bal toplayan gənclərin mükafatlandırılması mərasimi ilə başa çatıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB