Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) sentyabr ayının 9-da payız imtahanı verəcək şagirdlərə müraciət edib. TQDK-nın mətbuat katibi Elnur Nağızadənin SİA-ya verdiyi xəbərə görə, müraciətdə qeyd olunur ki, Bakı şəhəri üzrə payız imtahanında iştirak edəcək 9-cu sinif şagirdləri imtahana buraxılış vərəqəsini təhsil aldıqları təhsil müəssisələrindən əldə edə bilərlər. Digər şəhər və rayonlarda təhsil alan şagirdlər (9 illik) isə imtahanda iştirak etmək üçün imtahana buraxılış vərəqəsini rayon və şəhər təhsil şöbələrindən əldə etməlidirlər.
"Payız imtahanında bu ilin iyun ayında keçirilən mərkəzləşmiş buraxılış imtahanında iştirak etməyən və ya iştirak edərək kəsilən şagirdlər iştirak edəcəklər. İmtahanında 28 minə yaxın şəxsin iştirakı gözlənilir. Payız imtahanından kəsilən şagirdlər ancaq kəsildikləri fəndən imtahan verəcəklər. Əgər hər hansı bir şagird hər iki fəndən kəsilibsə, onlar hər fənn üzrə öz biliklərini yoxlayacaq", -deyə o əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB