Bakı Ali Neft Məktəbində təhsil beş il müddətinə ödənişsiz əsaslarla aparılacaq. SİA-nın xəbərinə görə, BANM-nın rektoru Elmar Qasımov deyib ki, təhsilin ilk ilində tələbələrə informatika və xarici dil tədris olunacaq, ikinci kursdan isə ixtisas üzrə təhsilə başlanacaq. Bakıdan kənarda yaşayan tələbələr hər cür şəraiti olan yataqxana ilə təmin ediləcəklər.
E.Qasımov rəhbərlik etdiyi ali təhsil müəssisəsinə ilk tələbə qəbulunun nəticələrindən razı qaldığını bildirib. Onun sözlərinə görə, bu il Bakı Ali Neft Məktəbinə 121 tələbə daxil olub. Ümumilikdə Bakı Ali Neft Məktəbinə daxil olan tələbələrin topladıqları orta bal 631,1 olub.
Rektor qeyd edib ki, yeni yaradılan təhsil müəssisəsi tələbələrə bir sıra yeniliklər də tətbiq edəcək. Belə ki, Bakıdan kənarda yaşayan tələbələr hər cür şəraiti olan yataqxana ilə təmin ediləcəklər. Sosial şəbəkələrdə iştirak edən tələbələrin fəaliyyətinə nəzarət ediləcək. Tədrisi beynəlxalq standartlara uyğunlaşdırmaq və informasiya-texnologiyalarına uyğunlaşdırmaq üçün ARDNŞ ali məktəbə qəbul olan hər bir tələbəyə İPad təqdim olunacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB