Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ümumi orta təhsil bazasında (9 illik) orta ixtisas təhsili müəssisələrinə keçirilən qəbul imtahanlarının nəticələrini açıqlayıb. TQDK-nın mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, imtahanın nəticələri artıq komissiyanın rəsmi internet saytında (tqdk.gov.az) yerləşdirilib.
Qeyd edək ki, 9 illik bazadan orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanı sentyabrın 2-də keçirilib. Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Ağcabədi, Göyçay, Şirvan, Salyan, Lənkəran və Xaçmaz şəhərlərində keçirilən qəbul imtahanında iştirak etmək üçün 35677 abituriyent ərizə təqdim edib. Bu il üçün 9 illik (ümumi) orta təhsil bazasında 662 ixtisas kodu üzrə 47 orta ixtisas təhsili müəssisəsinə qəbul aparılır. Ayrılmış 10404 plan yerindən 8821-i Azərbaycan bölməsinə, 32 yer rus bölməsinə, 1551 yer birgə müsabiqə aparılan ixtisaslara aiddir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB