Bakı Ali Neft Məktəbinin yeniliyi

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Bakı Ali Neft Məktəbi loqotipinin hazırlanması üzrə müsabiqə elan edir. SİA-nın xəbərinə görə, hazırlanacaq loqotipdə BANM-in Azərbaycan ali təhsil sisteminə yenilik gətirməsi, ölkənin zəngin neft sənayesi təcrübəsinə əsaslanan və müasir dünya standartlarına cavab verəcək şəffaf və yüksək keyfiyyətli təhsil vermək niyyətləri öz əksini tapmalıdır. Loqotiplə bərabər həm ali məktəbin internet saytının, digər tanıtım materiallarının, həm də rəsmi sənədlərinin dizaynında istifadə ediləcək və yuxarıda qeyd edilən şərtlərə əsaslanan rəsmi rənglərin də versiyaları təqdim edilməlidir.

Müsabiqədə reklam agentlikləri, həmçinin emblem və loqotiplərin hazırlanması üzrə təcrübəsi olan rəssam və dizaynerlər iştirak edə bilərlər. Təqdim olunan eskiz və layihələr münsiflər heyəti tərəfindən dəyərləndiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə