BDU növbəti beynəlxalq tədbirdə

BDU növbəti beynəlxalq tədbirdə

Finlandiyanın Oulu şəhərində Avropa Birliyinin 7-ci Çərçivə Proqramı üzrə NAPEP layihəsinin (EU FP7-INCO-2010-6 project "Elektronika və fotonika üçün nanotexnologiya platfornaları") iştirakçılarının növbəti seminarına start verilib. SİA-nın xəbərinə görə, seminarda Bakı Dövlət Universitetinin əməkdaşları-layihə rəhbəri Mustafa Muradov, İradə Əliyeva, Sofya Fiqarova, Rəna Qasımova, Hüseyn Məmmədov və aparıcı elmi işçi Gonçə Eyvazova iştirak edirlər.

Finlandiyanın Oulu, Macarıstanın Szeged və ABŞ-ın Rice Universitetinin professor -müəllim heyəti və doktorantlarının iştirakı ilə keçirilən seminarda metal nanohissəciklərin, karbon nano-boruların elektrik xassələrinə, nanomaterialların dizayn və istifadəsinə və digər aktual problemlərə həsr olunmuş mühazirələr dinləniləcək. Seminar 3 sentyabr tarixinə kimi davam edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə