Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən sentyabrn 2-də miqrasiya orqanlarına qulluğa qəbul olmaq istəyən namizədlər üçün keçirilən test imtahanının nəticələri açıqlanıb. TQDK-dan SİA-ya verilən xəbərə görə, miqrasiya orqanlarına qulluğa qəbul ilə əlaqədar keçirilən imtahanın nəticələri komissiyanın rəsmi saytında yerləşdirilib.
Qeyd edək ki, imtahanda iştirak etmək üçün 392 nəfərin namizədliyi qeydə alınıb. İmtаhаndа nаmizədlərə 100 test tapşırığı təqdim olunub ki, onlardan 50 sual ümumi qanunvericilik, 20 sual Azərbaycan Respublikasının Konstitusiyası, tarixi və coğrafiyası, 10 sual kompyuter bilikləri və 20 sual məntiq üzrə olan test tapşırıqlarıdır. İmtаhаn nəticəsində ümumi bаlı 70 və dаhа аrtıq оlаn nаmizədlər növbəti mərhələyə burахılırlаr.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB