TQDK araşdırma aparır

Respublikanın ali təhsil müəssisələrinə 2012/2013-cü tədris ili üçün I mərhələdə qəbul olmuş şəxslərin qeydiyyatı avqustun 31-də saat 17:00-da başa çatıb. TQDK-dan SİA-ya verilən xəbərə görə, ali məktəblərə qəbul olanlardan 96.6 faizi tələb olunan müddətədək qeydiyyatdan keçiblər. I ixtisas qrupu üzrə tələbə adını qazananlardan 98 faizi, II qrupda 97 faizi, III qrup üzrə 96 faizi, IV qrupda isə 95 faizi tələb olunan vaxtadək qəbul olduqları ali məktəbdə qeydiyyatdan keçiblər.

Qeydiyyatdan keçməyənlər ali təhsil müəssisələrinin ödənişli əsaslarla olan ixtisaslarına qəbul olmuş gənclərdir. Həmin gənclər TQDK-ya ərizə ilə müraciət edərək qeydiyyat müddətinin uzadılması ilə bağlı xahiş ediblər.

Qeyd edək ki, müraciətlər hazırda Komissiya tərəfindən araşdırılır.

Bütün xəbərlər Facebook səhifəmizdə