Bu il orta məktəbi 138 nəfər orta məktəbi xüsusi nailiyyətlərlə başa vurub. Onların 118-i qızıl, 20-si gümüş medal alıb. Təhsil Nazirliyindən SİA-ya verilən xəbərə görə, beləliklə Azərbaycanda orta məktəbi qızıl medalla bitirən şagirdlərin sayı ötən illə müqayisədə iki dəfə artıb. Çünki ötən il 53 şagird qızıl və gümüş medala layiq görülüb ki, onların da 37-si qızıl, 16-sı gümüş idi.
Bu il Bakıda 25, Abşeronda 4, Sumqayıtda 3, Gəncədə 2, Yardımlıda 1, Goranboyda 2, İsmayıllıda 2, Qəbələdə 1, Gədəbəydə 1, Balakəndə 2, Tərtərdə 1 şagird qızıl medal qazanıb. Qızıl medal alanların 17 nəfəri Təhsil Nazirliyinə birbaşa tabe olan məktəblərdə, 2 nəfəri Bakı Dövlət Universitetinin "Gənc istedadlar" liseyində, 1 nəfəri isə Bakı Slavyan Universitetinin nəzdindəki məktəb-lisey kompleksində təhsil alıb. Bakıda birbaşa Təhsil Nazirliyinin və Bakı Şəhər Təhsil İdarəsinin tabeliyində olan orta məktəblərdə gümüş medal alan məzun yoxdur və onlar ölkənin bir çox rayon və şəhərlərini əhatə edir.
Artıq məzunlara medallar təltif edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB