Beynəlxalq Mətbuat Mərkəzində "İnam" Plüralizm Mərkəzinin Azərbaycan yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyələşdirdiyi "Qarabağ dərsləri" layihəsi çərçivəsində eyni adlı kitabçanın təqdimat mərasimi keçiriləcək. SİA-nın xəbərinə görə, təqdimat mərasimində 4 ay davam edən layihə çərçivəsində Bakı və Sumqayıtda yerləşən 5 qaçqın məktəbi arasında "Qarabağ mənim xəyallarımda" yazı müsabiqəsinin qaliblərinə diplomlar veriləcək, onların, habelə qonaqların kitabla bağlı fikirləri səslənəcək. Tədbirdə kitabçada Qarabağ xatirələri yer almış 6 jurnalistin də fikirləri səslənəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB