Bu gün son tarixdir

Bu gün respublikanın ali məktəblərinə keçirilən qəbul imtahanlarında tələbə adını qazanan şəxslərin daxil olduqları ali məktəbdə qeydiyyatdan keçmələri üçün son tarixdır. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından SİA-ya verilən xəbərə görə, tələbələr bu gün ərzində sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməlidirlər. Qeydiyyatdan keçmək üçün tələb olunan sənədlərin siyahısını müvafiq ali təhsil müəssisəsinə müraciət edib dəqiqləşdirmək lazımdır.

Abituriyentlər təqdim edəcəkləri sənədlərin siyahısını ali məktəblərin özü ilə dəqiqləşdirməlidirlər. Çünki müxtəlif ali məktəblərdə bəzən təqdim olunması tələb olunan sənədlər arasında uyğunsuzluq olur. Abituriyentlər göstərilən vaxta kimi mütləq ali məktəbdə qeydiyyatdan keçməlidirlər. Əks halda onların daxil olmaları barədə müvafiq əmrləri ali məktəblərə göndərilməyəcək.

Qeyd edək ki, cari ildə 11 illik təhsil bazasından 54 orta ixtisas təhsili müəssisəsində 8727 plan yeri ayrılıb. Onlardan 7174-si Azərbaycan bölməsi, 36 yer isə rus bölməsinin abituriyentləri, 1517 plan yerinə isə Azərbaycan və rus bölməsinin abituriyentləri üçün birgə müsabiqə keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə