Azərbaycan gəncləri Misirə gedəcək

Azərbaycan gəncləri Misirə gedəcək

Yaxın zamanlarda Azərbaycan gənclərindən ibarət nümayəndə heyəti Misirə səfər edəcək. SİA-nın xəbərinə görə, bu barədə gənclər və idman nazirinin müavini İntiqam Babayev deyib. O bildirib ki, bu məsələ əsasən səfər qarşı tərəfin dəvətinə, iş qrafikinə bağlıdır. Yalnız bundan sonra qərar qəbul edərək nümayəndə heyəti Misirə göndəriləcək.

Nazir müavini qeyd edib ki, bu günlərdə misirli tələbələrin Azərbaycana səfəri çərçivəsində Azərbaycan tarixi, mədəni irsi ilə yaxından tanış olublar: "Misirli və azərbaycanlı tələbələr arasında müəyyən təcrübə mübadiləsi olub. Gələcəkdə də çalışırıq ki, xaricdə təhsil alan tələbələrlə çox sıx əlaqədə olacağıq. Azərbaycanla Misir arasında gənclərlə iş sahəsində geniş əməkdaşlıq mövcuddur. Bu əməkdaşlıqlar gələcəkdə daha da genişlənəcək. Bu günə kimi tələbələrin gənclərlə iş sahəsində 50-ə yaxın ölkə ilə imzalanan müvafiq sazişlərdə mübadilə, gənclərlə iş və digər məsələlər öz əksini tapıb".

Bütün xəbərlər Facebook səhifəmizdə