Misirli tələbələr Bakıda

Bu gün gənclərin beynəlxalq əməkdaşlığı çərçivəsində Misirin Ayn-Şəms Universitetinin "Ədəbiyyat və dillər" fakültəsinin Azərbaycan bölməsinin bir qrup tələbəsi Azərbaycana səfərə gəlib. SİA-nın verdiyi xəbərə görə, səfər edən gənclər yay semestrində nəticə göstərən 3-cü və 4-cü kurs tələbələridir. Səfər çərçivəsində tələbələr Azərbaycanın mədəniyyəti, elmi, tarixi ilə daha da yaxından tanış olublar. Həmçini Qobustana və Şəki şəhərinə gedəcək, bir sıra ali təhsil müəssisələri ilə də tanış olublar.

Səfər edən gənclər eyni zamanda Gənclər və İdman Nazirinin müavini İntiqam Babayevlə görüşüblər.

Qeyd edək ki, görüş çərçivəsində Azərbaycan Gəncələr Fondu misirli tələbələrə təqdim olunub.

Məlumat üçün bildirək ki, səfər 31 avqust tarixinədək davam edəcək.

Könül Kamilqızı

Bütün xəbərlər Facebook səhifəmizdə