Müəllimlərin nəzərinə...

Azərbaycanda ümumi təhsil müəssisələri və peşə liseylərindəki vakant yerlərə müəllimlərin işə qəbulu ilə bağlı müsabiqə keçirilmiş bütün fənlər üzrə boş qalan və imtina olunan yerlərin seçimi aparılacaq. Təhsil Nazirliyindən SİA-ya verilən xəbərə görə, müsabiqədə iştirak edərək heç bir yerə qəbul olunmayan və ya qəbul olunduğu yerdən imtina edən iştirakçılar sentyabrın 3-dən 7-dək "Şəxsi səhifə"lərinə daxil olmaqla ən çoxu 4 yer seçə bilərlər. Həmin müddət ərzində iştirakçılara seçimlərini dəyişmək imkanı da verilir. Seçim etmək imkanı sentyabrın 7-də saat 18.00-da başa çatır və yerləşdirmə aparılır. Yerləşdirmənin nəticələri dərhal bu mərhələdə iştirak edənlərin "Şəxsi səhifə"lərinə göndərilir.

İşə qəbul olunanlar, imtahan nəticələri ləğv edilənlər və müəyyənləşdirilmiş keçid balını toplamayanlar bu mərhələdə iştirak edə bilməzlər. Müsabiqənin nəticələri ilə bağlı apelyasiya şikayətinə 3-7 sentyabr tarixlərində baxılacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə