Azərbaycan Dillər Universitetinin rektoru, millət vəkili, professor Səməd Seyidov Fələstinin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Nasir Əbdül Kərəm A.Rəhim ilə görüşüb. SİA-nın xəbərinə görə, rektor Səməd Seyidov qarşıdan gələn yeni tədris ilində ADU-ya qəbulun 50% artdığını səfirin diqqətinə çatdırıb. O, universitetdə Qərb dilləri ilə yanaşı, Şərq ölkələrinin dillərinin də tədris olunduğunu deyib. Səməd Seyidov Çin, Yapon dillərinin tədrisinin də ADU-da uğurla aparıldığını qeyd edib.
Rektor Səməd Seyidov rəhbərlik etdiyi ali təhsil ocağında 2011-2012-ci tədris ilində Ərəbşünaslıq ixtisasının açıldığını xatırladıb. ADU-da bu istiqamət üzrə artıq 10 tələbələnin təhsil aldığını bildirib. Səfir Ərəbşünas tələbələrlə görüşmək məqsədilə yeni tədris ilində bir daha ADU-ya dəvət edib.
Səfir Nasir Əbdül Kərəm A.Rəhim öz növbəsində, ADU-nun Regionşünaslıq və Beynəlxalq münasibətlər fakültəsində Ərəbşünaslıq ixtisası üzrə təhsil alan tələbələrlə tanışlıq və ünsiyyətdən maraqlı olduğunu söyləyib. Səfir yeni dərs ilində tələbələrə mühazirə oxumaqdan məmnunluğunu dilə gətirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB