Tələbə Qəbulu üzrə Dövlət Komissiyası sentyabrın 2-də cari tədris ili üçün ümumi orta təhsil bazasında (9 illik) orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanı keçirəcək. TQDK-dan SİA-ya verilən xəbərə görə, abituriyentlər avqustun 28-i saat 12:30-dan etibarən komissiyanın internet saytına daxil olaraq "İmtahana buraxılış vərəqəsi"ni çap edə bilərlər.
Abituriyent imtahana gələrkən mütləq imtahana buraxılış vərəqəsini, şəxsiyyəti təsdiq edən sənədin əslini özü ilə gətirməlidir. 16 yaşı iyulun 24-dək tamam olmayan şəxslər, digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkli olan arayışı gətirməldiir.
Qəbul imtahanı Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Ağcabədi, Göyçay, Şirvan, Salyan, Lənkəran və Xaçmaz şəhərlərində keçiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB