Magistraturaya boş qalan yerlərinə qəbul başa çatdı

Magistraturaya boş qalan yerlərinə qəbul başa çatdı

Ali təhsil müəssisələrinin magistraturalarının boş qalan plan yerlərinə qəbul olunanların qeydiyyatı üçün ayrılmış müddət başa çatıb. SİA-nın xəbərinə görə, 2012 - 2013-cü tədris ili üçün ali təhsil müəssisələrinin magistraturalarının boş qalan plan yerlərinə müsabiqənin nəticələri 2012-ci il avqustun 13-də TQDK-nın internet saytında yerləşdirilib və qəbul olunan bakalavrların siyahısı "Magistr" jurnalının 7-ci sayında dərc olunub. Müsabiqə nəticəsində 346 nəfər bakalavr magistratura səviyyəsi üzrə təhsil almaq hüququ qazanıb.

Ali təhsil müəssisələrinin magistraturalarının boş qalan plan yerlərinə qəbul olunanlar 2012-cu il avqustun 15-dən 24-dək sənədlərini qəbul olunduqları təhsil müəssisəsinə təqdim edərək qeydiyyatdan keçməli idilər. Beləliklə, qeydiyyat üçün ayrılmış müddət avqustun 24-də başa çatıb. Məlumat üçün bildiririk ki, qeydiyyat üçün ayrılmış müddətdə 346 bakalavrdan 261 nəfəri qəbul olunduğu ali təhsil müəssisəsində qeydiyyatdan keçib, 85 nəfəri isə qeydiyyatdan keçməyib.

Qeydiyyatdan keçməyən bakalavrların nəzərinə çatdırırıq ki, verilmiş müddətdə qeydiyyatdan keçməmək bakalavrın müvafiq ixtisasa yerləşdirilməsindən imtina etməsi kimi qiymətləndirilir və onun qəbul haqqında əmri ali təhsil müəssisəsinə göndərilməyəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə