Rezidenturaya növbəti sınaq!

Bu gün Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) rezidenturaya hazırlaşan namizədlərə kömək məqsədi ilə növbəti sınaq imtahanını keçirir. TQDK-nın mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, bu gün ixtisas fənlərindən rezidenturaya sınaq imtahanları təşkil olunub. İmtahanda iştirak etmək istəyən namizədlər avqustun 13-dən etibarən internet vasitəsi ilə qeydiyyatdan keçiblər.

Bakı şəhərində təşkil olunacaq sınaq imtahanlarına başqasının şəxsiyyət vəsiqəsi ilə yazılmış namizədlər buraxılmayacaq. İmtahana mobil telefon, kalkulyator və digər köməkçi vasitələrin gətirilməsi qəti qadağandır.

Qeyd edək ki, rezidenturaya qəbul imtahanı test üsulu ilə iki mərhələdə keçiriləcək. İmtahanın birinci mərhələsi sentyabrın 8-də, ikinci mərhələsi isə sentyabrın 9-da təşkil olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə