Qəbələnin adı ilk 5-likdə yer alıb

Qəbələnin adı ilk 5-likdə yer alıb

Bu il Qəbələ rayonunun orta ümumtəhsil məktəblərini bitirən məzunlardan 430-u tələbə adını qazanıb. Cari ildə Qəbələnin orta ümumtəhsil məktəblərini bitirən 1197 şagirdə attestat veriib və onlardan 812-i ali məktəblərə keçirilən qəbul imtahanlarında iştirak edib.
İmtahanlarda yüksək bilik nümayiş etdirən Qəbələ məzunları bu il ilk dəfə böyük bir uğura imza atıblar. Belə ki, tələbə adını qazanan 430 abituriyentdən 27-si 600-dən yuxarı bal toplayıb. Ötən il isə tələbə adını qazanan 343 nəfərdən cəmi 20-si 600-dən yuxarı bal toplamışdı.

Bundan əlavə, cari ildə 104 nəfər 500-dən yuxarı bal toplayaraq ali məktəbə daxil olub. Bu il ali məktəblərə keçirilən qəbul imtahanlarının nəticələrinə görə Qəbələ respublikanın kənd rayonları arasında ilk beşlikdə yer qazandı.

Bütün xəbərlər Facebook səhifəmizdə