Bu il Göyçay rayonunun orta ümumtəhsil məktəblərini bitirən məzunlardan 575 nəfəri ali məktəblərə keçirilən imtahanlarda iştirak etmək üçün sənəd verib. Onlardan 313-ü tələbə adını qazanıb. SİA-nın xəbərinə görə, tələbə adını qazanan gənclərdən 11-i 600-dən yuxarı bal toplayıblar. Ötən illə müqayisədə builki abituriyentlər daha yüksək nəticələr əldə ediblər. Rayonun məzunları arasında ən yüksək nəticəni Qızılağac kənd məktəbinin məzunu Pəri Əliyeva əldə edib. O, imtahanda 653 bal toplayaraq Azərbaycan Dillər Universitetinin tərcüməçilik fakültəsinə daxil olub.
Yaxın günlərdə rayon icra hakimiyyətində ali məktəblərə qəbul zamanı yüksək bal toplayan tələbələrlə görüş keçiriləcək və onlar mükafatlandırılacaqlar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB