35 min müəllimə nə öyrədilib?

35 min müəllimə nə öyrədilib?

2012-2013-cü dərs ili ərəfəsində ümumtəhsil məktəblərinin V siniflərində yeni fənn proqramları (kurikulumları) ilə tədrisə başlayacaq fənn müəllimlərinin nəzəri və praktik hazırlığının təkmilləşdirilməsi istiqamətində öyrədici təlim kursları keçirilir.

Təhsil Nazirliyindən SİA-ya verilən məlumata görə, 60 saatlıq proqram əsasında 10 günlük öyrədici təlim kurslarında indiyədək 35 minədək müəllim iştirak edib.

Qeyd edək ki, təlimlərə 500-dən artıq xüsusi hazırlanmış təlimçi-mütəxəssis cəlb edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə