Xəbər verdiyimiz kimi, ötən gün respublikada ümumi orta təhsil bazasında (9 illik) orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulu başa çatıb. 9 illik bazadan orta ixtisas təhsili müəssisələrinə ərizələrin qəbulu internet vasitəsilə avqustun 1-dən etibarən aparılıb və dünən yekunlaşıb. Artıq Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) artıq sənəd verənlərin sayını açıqlayıb. TQDK-nın mətbuat xidmətindən verilən xəbərə görə, ümumi orta təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə 35 mindən artıq abituriyent sənəd verib.
Qeyd edək ki, cari ildə 9 illik təhsil bazasında 47 orta ixtisas təhsili müəssisəsində ayrılan plan yerlərinin sayı 10404-dir. Onlardan 4866 dövlət sifarişi üzrə, 5538 yer isə ödənişli əsaslarladır. 9 illik bazadan orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanı sentyabrın 2-də keçiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB