Təhsil naziri Misir Mərdanov Cənubi Koreyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Li Ci Ha ilə görüşüb. SİA-nın xəbərinə görə, görüşdə təhsil naziri Misir Mərdanov son illər Azərbaycanla Cənubi Koreya arasında təhsil sahəsində əməkdaşlığın inkişaf etdiyini nəzərə çatdırıb. Azərbaycanda həyata keçirilən təhsil layihələrində Cənubi Koreya ilə əməkdaşlığın əhəmiyyətinə toxunan nazir nəzərdə tutulan bütün layihələrin uğurla nəticələnəcəyinə inamını ifadə edib.
Ölkələrin yaxın tərəfdaş və dost olduğunu bildirən Misir Mərdanov qeyd edib ki, hazırda 76 azərbaycanlı gənc Cənubi Koreya universitetlərində təhsil alır. Nazir Azərbaycanda Cənubi Koreyaya böyük hörmət və ehtiram bəsləndiyini söyləyərək qarşılıqlı münasibətlərimizin inkişafında səfir Li Ci Hanın səmərəli fəaliyyətinin mühüm rol oynadığını vurğulayıb.
Li Ci Ha Azərbaycanda səfir kimi çalışmasından məmnunluğunu ifadə edən qonaq ölkələr arasında müxtəlif sahələrdə əlaqələrin inkişafından, qarşılıqlı əməkdaşlıqda təhsil layihələrinin mühüm əhəmiyyətindən söhbət açıb. Daha sonra Li Ci Ha Azərbaycanla Cənubi Koreya arasında təhsil sahəsində əməkdaşlığın genişləndirilməsində universitetlərarası əlaqələrin, tələbə mübadiləsinin və digər layihələrin mühüm roluna diqqət çəkib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB