Rezidenturaya sınaq imtahanları başladı

Bu gün Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) rezidenturaya hazırlaşan namizədlərə kömək məqsədi ilə ilk sınaq imtahanını keçirir. TQDK-nın mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, ilk imtahan baza fənləri üzrə təşkil olunub. İmtahanda iştirak etmək istəyən namizədlər avqustun 13-dən etibarən internet vasitəsi ilə qeydiyyatdan keçiblər. Avqustun 26-da isə ixtisas fənlərindən rezidenturaya sınaq imtahanları keçiriləcək.

Bakı şəhərində təşkil olunacaq sınaq imtahanlarına başqasının şəxsiyyət vəsiqəsi ilə yazılmış namizədlər buraxılmayacaq. İmtahana mobil telefon, kalkulyator və digər köməkçi vasitələrin gətirilməsi qəti qadağandır. Sınaq imtahanları yalnız Bakı şəhərində keçiriləcək.

Qeyd edək ki, rezidenturaya qəbul imtahanı test üsulu ilə iki mərhələdə keçiriləcək. İmtahanın birinci mərhələsi sentyabrın 8-də, ikinci mərhələsi isə sentyabrın 9-da təşkil olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə