Qəbulun nəticələri açıqlandı

Ali təhsil müəssisələrinin boş qalan (vakant) yerlərinə və tam orta orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinə qəbulun nəticələri elan olunub. SİA-nın xəbərinə görə, Azərbaycan Respublikası ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə və tam orta orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinə müsabiqənin nəticələri avqustun 24-də saat 16:00-dan etibarən TQDK-nın internet saytında yerləşdirilib. Müsabiqə nəticəsində ali təhsil müəssisələrinin boş qalan yerlərinə 451 nəfər qəbul olub.

Ali təhsil müəssisələrinin boş qalan yerlərinə qəbulun nəticələri aşağıdakı cədvəldə verilib:

Qəbul olub

İxtisas qrupu

Azərbaycan bölməsi

Rus bölməsi

Bölmələr üzrə cəmi

I

132 (1)

44 (0)

176 (1)

II

0 (0)

0 (0)

0 (0)

III

202 (0)

39 (0)

241 (0)

IV

25 (2)

9 (1)

34 (3)

Qruplar üzrə cəmi

359 (3)

92 (1)

451 (4)

Tam orta orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə 8527 nəfər qəbul olub.

Tam orta orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinə qəbulun nəticələri aşağıdakı cədvəldə verilib:

Qəbul olub

İxtisas
qrupu

Plan

Azərbaycan bölməsi

Rus bölməsi

Bölmələr üzrə cəmi

Qəbulolma faizi

I

6182

5885

286

6171

99.82

II

1764

1611

116

1727

97.90

III

781

623

6

629

80.54

Qruplar üzrə cəmi

8727

8119

408

8527

97.71

Ali təhsil müəssisələrinin boş qalan yerlərinə qəbul olanların siyahısı "Abituriyent" jurnalının 8-ci sayında, tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olanların siyahısı isə Abituriyent" jurnalının 9-cu sayında dərc olunub.
Ali təhsil müəssisələrinin boş qalan yerlərinə qəbul olan abituriyentlər avqustun 27-dən sentyabrın 5-dək, tam orta orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olanlar da həmin müddətdə-avqustun 27-dən sentyabrın 5-dək sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər. Həmin müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilməsindən imtina etməsi kimi qiymətləndiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə