Təhsil Nazirliyi Azərbaycanın təhsil müəssisələrində yeni dərs ilinin nə vaxt başlayacağına aydınlıq gətirib. Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Bayram Hüseynzadə açıqlamasında bildirib ki, 15 sentyabr - Bilik Günü şənbə gününə düşdüyündən nazirliyə yeni dərs ilinin nə vaxt başlayacağı ilə bağlı çoxsaylı müraciətlər olur.
"Təhsil Nazirliyi rəsmi olaraq bildirir ki, 15 sentyabr ölkədə Bilik Günüdür. Həmin gün Azərbaycanın bütün məktəblərində bayram tədbirləri keçiriləcək. 15 sentyabr tədrisi 6 günlük olan məktəblərdə rəsmi dərs günüdür. Tədrisi 5 günlük olan məktəblərin hər birində də bayram tədbirləri keçirildiyi üçün bütün müəllimlərin və şagirdlərin məktəbdə olması zəruridir", - deyə o vurğulayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB