2012-2013-cü tədris ili üzrə Azərbaycanda 42 yeni məktəb sentyabrın 15-ə qədər təhvil veriləcək. Bu barədə Təhsil Nazirliyinin Əsaslı Tikinti İdarəsinin rəisi İsaxan Babayev məlumat verib. Onun sözlərinə görə, ümumilikdə ölkə ərazisində 15360 şagirdlik məktəblər tikilib. 3 məktəbdə əlavə sinif otaqları tikilib, 8 məktəb isə əsaslı təmir olunub.
Paytaxt ərazisində 32 məktəbdə yeni korpus tikilib. Bunu deyən Bakı şəhər Təhsil İdarəsinin Təmir, Tikinti və Təchizat sektorunun müdiri Mirsahib Bayramovun sözlərinə görə, paytaxtda ümumilikdə 68 məktəbdə təmir-bərpa işləri aparılır.
Bundan başqa, Bakıda 5 yeni məktəb korpusu tikilib. Yeni tədris korpusları tikilən rayonlar Qaradağ, Səbail, Xəzər, Suraxanı və Nizami rayonlarıdır. Həmin məktəblər yeni tədris ilində istismara veriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB