Ali məktəblərin boş qalan plan yerləri və tam orta təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə sənəd qəbulu başa çatıb. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasnının mətbuat katibi Elnur Nağızadənin SİA-ya verdiyi xəbərə görə, 2012-2013-cü tədris ili üçün ali məktəblərin vakant və tam orta təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə keçiriləcək müsabiqədə iştirak üçün ixtisas seçimi ötən gün gecə saat 00.00-da başa çatacaq.
Müsabiqədə iştirak üçün 12 522 nəfər abituriyent ixtisas seçimi ərizəsini təsdiqləyib. Onların 11413-ü -Azərbaycan, 1109-u rus bölməsinin abituriyentidir. E.Nağızadə bildirib ki, müsabiqənin nəticələrinin yaxın 2 gün ərzində açıqlanması nəzərdə tutulur. Müsabiqədə yalnız avqustun 19-dan 23-dək ixtisas seçimi ərizəsini təsdiqlədən abituriyentlər iştirak edə bilərlər.
Qeyd edək ki, bu il keçirilən qəbul imtahanlaırnın nəticələrinə əsasən II ixtisas qrupunda boş yerlər qalmayıb və təqdim olunan 9 304 plan yeri 100% dolub. I, III və IV qruplarda boş qalan 1920 yer var və həmin yerlərin siyahısı "Abituriyent" jurnalının 7-ci sayında dərc olunub.
Cari ildə 11 illik təhsil bazasından 54 orta ixtisas təhsili müəssisəsində 8727 plan yeri ayrılıb. Onlardan 7174-si Azərbaycan bölməsi, 36 yer isə rus bölməsinin abituriyentləri üçün, 1517 plan yerinə isə Azərbaycan və rus bölməsinin abituriyentləri üçün birgə müsabiqə keçiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB