Vakant yerlərə sənəd qəbulu başa çatır

Vakant yerlərə sənəd qəbulu başa çatır

Ali məktəblərin boş qalan plan yerləri və tam orta təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə sənəd qəbulu bu gün yekunlaşır. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasnının mətbuat katibi Elnur Nağızadənin SİA-ya verdiyi xəbərə görə, 2012-2013-cü tədris ili üçün ali məktəblərin vakant və tam orta təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə keçiriləcək müsabiqədə iştirak üçün ixtisas seçimi bu gün gecə saat 00.00-da başa çatacaq.

İndiyədək 11328 abituriyent ixtisas seçimi ərizəsini təsdiqləyib. Ərizəsini təsdiqlədənlərin 10352-si Azərbaycan, 976-sı rus bölməsinin abituriyentidir. Abituriyentlərin 2712-si I, 2365-i II, 5011-i III, 1240-ı IV ixtisas qrupu üzrə keçiriləcək müsabiqədə iştirak üçün ixtisas seçimi ərizəsini təsdiqləyib.

Qeyd edək ki, bu il keçirilən qəbul imtahanlaırnın nəticələrinə əsasən II ixtisas qrupunda boş yerlər qalmayıb və təqdim olunan 9 304 plan yeri 100% dolub. I, III və IV qruplarda boş qalan 1920 yer var və həmin yerlərin siyahısı "Abituriyent" jurnalının 7-ci sayında dərc olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə