Tələbələrin qeydiyyatı başlandı

Tələbələrin qeydiyyatı başlandı

Bu gündən respublikanın ali məktəblərinə keçirilən qəbul imtahanlarında tələbə adını qazanan şəxslər qeydiyyatdan keçməlidirlər. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından SİA-ya verilən xəbərə görə, onlar avqustun 31-dək sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməlidirlər. Qeydiyyatdan keçmək üçün tələb olunan sənədlərin siyahısını müvafiq ali təhsil müəssisəsinə müraciət edib dəqiqləşdirmək lazımdır.

Abituriyentlər təqdim edəcəkləri sənədlərin siyahısını ali məktəblərin özü ilə dəqiqləşdirməlidirlər. Çünki müxtəlif ali məktəblərdə bəzən təqdim olunması tələb olunan sənədlər arasında uyğunsuzluq olur. Abituriyentlər göstərilən vaxta kimi mütləq ali məktəbdə qeydiyyatdan keçməlidirlər. Əks halda onların daxil olmaları barədə müvafiq əmrləri ali məktəblərə göndərilməyəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə