Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ali məktəblərin magistraturaya sənəd verən bakalavrlara xəbərdarlıq edib. TQDK-dan SİA-ya verilən xəbərə görə, ali təhsil müəssisələrinin magistraturalarının boş qalan plan yerlərinə qəbul olanlar 24 avqust saat 17:00-dək sənədlərini qəbul olduqları təhsil müəssisəsinə təqdim edərək qeydiyyatdan keçməlidirlər.
Həmin müddətdə qeydiyyatdan keçməmək bakalavrın müvafiq ixtisasa yerləşdirilməsindən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri ali təhsil müəssisəsinə göndərilməyəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB